TÖVSİYƏ XƏBƏRLƏR

Yevlaxda səhər saatlarında eşidilən partlayış səsi deyil, ildırım səsi olub

Yevlaxda ildırım çaxması nəticəsində bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb. Bu haqda bu gün, 10 sentyabr tarixində APA Yevlax Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verib.

Hava şəraitinə görə rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Səhər saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Qəza nəticələri aradan qaldırmaq məqsədilə hadisə yerinə rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları cəlb olunublar.

Bundan əvvəl Azərbaycanın bəzi Telegram kanalları Yevlax rayonunda hava hücumundan müdafiə qüvvələrinin yerində işləməsi nəticəsində baş verən güclü partlayışla bağlı məlumat yayıblar.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx