TÖVSİYƏ XƏBƏRLƏR

Yolda sürət həddini aşmağa görə cərimələr artırılır

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Bu barədə 5 iyun tarixində Report məlumat verib.

Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:

Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx