TÖVSİYƏ XƏBƏRLƏR

Zəngilandakı aqroparka 800 min dollarlıq kənd təsərrüfatı texnikası göndəriləcək

Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində yaradılacaq aqroparka Türkiyənin “Efe” şirkətinin istehsalı olan kənd təsərrüfatı texnikası gətiriləcək. Bu barədə 24 oktyabr tarixində Türkiyənin Anadolu informasiya agentliyi məlumat verib.

Şirkətin rəhbəri Mehmet Akkının sözlərinə əsasən, texnikanın dəyəri 800 min dollar təşkil edəcək.

“İşğaldan azad olunan torpaqlar bizə elə təkan verdi ki, biz Azərbaycana ixracımızı onqat artırdıq”, – deyə şirkət rəhbəri əlavə edib.

Sözügedən şirkət 1974-cü ildən kənd təsərrüfatı texnikasının istehsalı ilə məşğuldur. “Efe” şirkəti Almaniya, Fransa və İtaliya kimi dünyanın 40 ölkəsinə məhsul ixrac edir.