Zərdabda həyat yoldaşını öldürən şəxsə hökm oxunub

Zərdabda həyat yoldaşını boğaraq qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Aslanov 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə APA sentyabrın 25-də məlumat yayıb.

Hadisə 2021-ci il mart ayında rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini qısqanclıq zəminində 53 yaşlı həyat yoldaşını boğaraq öldürüb.

Yanvar-iyun ayları ərzində qeydə alınmış 14928 cinayətlərin 803-ü məişət zorakılığı ilə bağlı olub. Bu əvvəlki illə müqayisədə 24% çoxdur.

Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Zərdabda həyat yoldaşını öldürən şəxsə hökm oxunub”

Tövsiyə xəbərlər