Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən 8 mart tarixində Report xəbər verib.
Məlumata əsasən, şübhəli şəxs qismində saxlanılan 38 yaşlı Ağdam rayon sakini Orxan Aslanovdur. Onun üzərinə keçirilən baxış zamanı 300 qram “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin, 285 qram heroin və çəkisi 3,12 kiloqram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs cinayət əməlini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.