TÖVSİYƏ XƏBƏRLƏR

Zəfər Günü bütün hərbi hissələrdə qeyd olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində təntənəli tədbirlər keçirilir, şəxsi heyət üçün bayram konsertləri təşkil olunur. Bu barədə Report 8 noyabr tarixində xəbər verib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti II Şəhidlər xiyabanını ziyarət edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə ucalmış Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunaraq, məzarları üzərinə gül dəstələri düzülüb.

Keçirilən tədbirlərdə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyularaq ərazi bütövlüyümüzün bərpa olunduğu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə başa çatdığı xüsusi vurğulanıb.

Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.