TÖVSİYƏ XƏBƏRLƏR

Zəfər Gününün havası açıqlanıb

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, noyabrın 7-də məlumat verir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-16°, gündüz 17-22° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz, əsasən, yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14°, gündüz 19-24°, dağlarda gecə 1-6°, gündüz 8-13° isti olacaq.