Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Azərbaycan ərazisində yerləşdirilən Rusiya sülhməramlılarının sabiq komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Rüstəm Muradov Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.
General-leytenant Rüstəm Muradov 2020-ci il noyabrın 10-dan 2021-ci il sentyabrın 6-dək Qarabağdakı Rusiya sülhməramlılarının komandanı vəzifəsini icra edib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.