TÖVSİYƏ XƏBƏRLƏR

Zəncirvari qəzada motosiklet DYP avtomobilinə çarpılıb

Xaçmazda zəncirvari qəza olub. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 21  noyabr tarixində xəbər verir.

Xaçmaz şəhərinin Nəriman Nərimanov küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Opel” markalı minik avtomobili motosikleti vurub. Bu zaman idarəetmədən çıxan motosiklet yol polisinin xidməti avtomobilinə çarpılıb. Nəticədə motosikletin sürücüsü xəsarət alıb.

Fakt araşdırılır.