TÖVSİYƏ XƏBƏRLƏR

Zəngilanda 30 min ağacdan ibarət meşə massivi salınıb

Zəngilanda 30 min ağacdan ibarət meşə massivinin bərpası, eyni zamanda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ərazidə ağacəkmə aksiyasının keçirilməsi məqsədilə Zəngilan rayonuna səfər təşkil olunub. Bu barədə 2 may tarixində Report məlumat verib.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə baş tutan səfərdə meşənin salınmasını dəstəkləyən Fondun 20-dən artıq donor və tərəfdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Zəngilanda meşə massivinin salınması layihəsinin yekunlaşmasından sonra Qarabağ Dirçəliş Fondu işğaldan azad olunan digər ərazilərimizdə də yaşıllaşdırma layihələrinə start verəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx