Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində erməni diversant aşkar edilib. Bu haqda aprelin 24-də Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Belə ki, Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü Matirosov Eduard Arturoviç sərhədçilər tərəfindən saxlanılıb.
Məlumata görə, əməliyyat şəraiti nəzarətdə saxlanılır.