Zaqatala rayonunda 15 otaqlı ev yanıb

Zaqatala rayonunda 15 otaqlı ev yanıb

Zaqatalanın Muğanlı kəndində 66 yaşlı İbrahim İbrahimova məxsus fərdi yaşayış evində yanğın olub. Bu barədə Report 21 yanvar tarixində məlumat verib.

Yanğın zamanı ümumi sahəsi 480 kv.m olan 15 otaqdan ibarət yaşayış evinin 2-ci mərtəbəsindəki 9 otaq və tavan hissəsi tamamilə yanıb.

Evin birinci mərtəbəsində olan 6 otaq isə yararsız vəziyyətə düşüb.

Yanğın yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Faktla baglı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx