Səhər saatlarından Zaqatala şəhərində qeyri-sabit hava şəraiti hökm sürür. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 7 sentyabr tarixində xəbər verir.
Güclü külək elektrik enerjisinin verilişində məhdudiyyətlərə səbəb olub.
Yağışla müşayiət olunan dolu səbəbindən Yuxarı Tala və Mazıx kəndlərində kənd təsərrüfatı və fərdi evlər zərər görüb.
Dolu Mazıx kəndində evlərin dam örtüyünə və avtomobillərə ziyan vurub.