Zaqatalada 53 yaşlı qadın itkin düşüb. Bu barədə 23 may tarixində Report məlumat verib.
Məlumata əsasən, Zaqatala şəhər sakini, 1970-ci il təvəllüdlü Elmira Muxtarova mayın 18-də səhər saat 11 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Qadının şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Onun tapılması istiqamətində zəruri axtarış tədbirləri keçirilir.