TÖVSİYƏ XƏBƏRLƏR

Zaqatalada 71 yaşlı piyadanı avtomobil vuraraq öldürüb

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 22 sentyabr tarixində xəbər verir.

Sentyabrın 22-si saat 13:00 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən piyada, 71 yaşlı Məmmədvəli Əhmədovu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.