Zaqatalada aşpaz yanıq xəsarətləri alıb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 27 oktyabr tarixində xəbər verir.
Zaqatala rayonunda fəaliyyət göstərən şadlıq evlərinin birində aşpaz işləyən Qax rayonunun Tasmalı kənd sakini, 46 yaşlı Asəf Nizam oğlu Orucovun üzərinə iş vaxtı qaynar yağ dağılıb.
Hadisə nəticəsində A. Orucov hər iki yuxarı ətrafın, qarın və kürək nahiyəsindən yanıq xəsarətləri alıb. A.Orucov Qax Rayon Mərkəzi Xəstəxansının (RMX) cərrahiyyə şöbəsinə yerləşdirilib.