Zaqatalada avtomobilin dövlət nömrə nişanına müdaxilə edən sürücü barəsində tədbir görülüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Zaqatala polisi nəzarət-yoxlama tədbirləri keçirilib.
Hərəkətin intensiv olduğu küçə və prospektlərdə yol polisinin keçirdiyi tədbirlər zamanı avtomobildə konstruksiya dəyişikliyinə yol verən, kobud qayda pozuntuları törədərək digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan, eləcə də məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanına müdaxilə edən sürücülər aşkarlanıblar.
Qanunvericiliyin tələbləri barədə onlara ətraflı məlumat verilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati tənbeh tədbirləri görülüb.
