Sabirabadda zəncirvari qəza baş verib

Zaqatalada avtomobilin vurduğu qadın ölüb

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. Bu barədə 22 yanvar tarixində APA məlumat verib.

Hadisə axşam saatlarında Zaqatala şəhərinin Nizami küçəsində baş verib.

Rayon sakini Fərid Səmədov idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə piyada, rayonun Üçüncü Tala kənd sakini 55 yaşlı Güləsər Əli qızı Əliyevanı vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Güləsər Əliyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx