Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında biorezervatın yaradılması istiqamətində layihə başlayıb. Bu haqda yanvarın 18-də “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat paylaşıb.
Həmçinin Katex şəlaləsinin turizm marşrutu kimi istifadə edilməsi nəzərdə tutulur.
Rəis müavininin sözlərinə görə, biorezervatın açılması ekoturizmin fəaliyyətinə imkan yaradacaq, lakin bunun üçün müəyyən araşdırmalar aparılmalıdır.