TÖVSİYƏ XƏBƏRLƏR

Zaqatalada evin bir hissəsi güclü yağışdan dağılıb

Zaqatalada güclü yağış yaşayış evinin bir hissəsini uçurub. Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.

Dünən axşam saatlarında Zaqatala rayonunda yağan güclü leysan yağışı nəticəsində Yuxarı Tala kənd sakini İlham Süleymanova məxsus fərdi yaşayış evinin bir hissəsi dağlardan gələn yağış suları nəticəsində dağılıb.

Yağış suları evin həyətinə və mənzilə dolub.

Hazırda bölgəyə dəymiş ziyanlarla bağlı araşdırma aparılır. Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görüləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx