Zaqatalada həmkəndlisinə qarşı quldurluq edən şəxs saxlanılıb. Bu barədə 25 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndi ərazisində naməlum şəxsin kənd sakinlərindən birinə yaxınlaşaraq soyuq silahı onun boğaz nahiyəsinə dayaması, eləcə də 100 manat pulunu və mobil telefonunu zorla alması, daha sonra isə zərərçəkmişi yerə yıxaraq hadisə yerindən yayınması barədə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Natiq Əzizov saxlanılıb.
Dindirilmə zamanı N.Əzizov törətdiyi əməli etiraf edərək gecə saatlarında həmkəndlisinin qarşısını kəsdiyini, 100 manat pulunu və 500 manat dəyərində “Samsung” markalı mobil telefonunu ələ keçirdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.