Zaqatalada heyvansevərlər zibillikdə soyuqdan donan itlər tapıblar. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
Bir neçə gündür havalar qarlı keçir. Bu, bir çoxlarının sevincinə səbəb olub.
Lakin küçələrdə gecələyən kiçik dostlarımızın arasında soyuqdan donma təhlükəsi ilə üz-üzə qalanlar da az deyil.
Zaqatalada heyvansevərlər zibillikdə itlərdən birini soyuqdan donmaqdan xilas ediblər. Təəssüflər olsun ki, digər itlər aşağı temperatur və aclıq kimi səbəblərdən zibillikdə tələf olublar.