Zaqatalada fındıqçılıq üçün texnika və avadanlıqlarının yarmarkası təşkil olunacaq

Zaqatalada 7 sentyabr 2021-ci il tarixində findıqçılıq sahəsində istifadə olunan kənd təsərrüfatı texnika və avadanlıqlarının sərgi-satış yarmarkası keçiriləçək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi 3 sentyabr tarixində rəsmi səhifəsində məlumat verib.

Sərgi Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətində təşkil olunacaq.

Hazırda Zaqatalada fındıq sahələrində kütləvi yığıma başlanıldığı üçün fermerlərin kənd təsərrüfatı texnika və avadanlıqlarına tələbatı artıb.

Fermerlər yarmarkada müxtəlif şirkətlər tərəfindən təklif olunan texnika və avadanlıqlarla bağlı ətraflı məlumat əldə edə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Zaqatalada fındıqçılıq üçün texnika və avadanlıqlarının yarmarkası təşkil olunacaq”

Tövsiyə xəbərlər