Zaqatalada keçmiş məhkum eyni əməlinə görə yenidən tutulub

Zaqatalada keçmiş məhkum eyni əməlinə görə yenidən tutulub

Zaqatala rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 20 yanvar tarixində xəbər verir.

Rayon sakini, əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Nail Hüseynov tutulub.

Onun üzərinə keçirilən baxış zamanı yarım kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs üzərindən aşkarlanan narkotiki oktyabr ayında çaylaq ərazisində gizlətdiyini və havaların yağışlı olması ilə əlaqədar yaşadığı ünvana aparmaq istədiyini bildirib.

Faktla bağlı rayon polis şöbəsində müvafiq araşdırmalar davam etdirilir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx