Zaqatalada kobud qayda pozuntularına yol verən sürücülər barədə tədbir görülüb. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bu gün, 12 sentyabr tarixində məlumat verir.
Zaqatalada yol-hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan, avtomobillərə əlavə avadanlıq quraşdıran və dövlət qeydiyyat nişanı olmadan nəqliyyat vasitəsi idarə edən sürücülər yol polisi tərəfindən müəyyən edilib.
Onlara qanunvericiliyin tələbləri izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.