Zaqatalada quldurluq hadisəsi baş verib. Bu haqda 26 yanvar tarixində Qafqazinfo.az məlumat verib.
Belə ki, rayonun Çobankol kənd sakini Natiq Əzizov küçədə həmkəndlisi Qurban Qurbanovdan mobil telefonunu verməyini tələb edib. Nəticədə Natiq Əzizov silah qismində istifadə etdiyi əşyanın kəsici tərəfi ilə Q.Qurbanovun boynunu kəsərək zor tətbiq etməklə üzərindəki 500 manat dəyəri olan “Samsung A32” markalı mobil telefonunu götürüb.
Faktla bağlı cinayət işi başlanılıb. Natiq Əzizov həbs edilib.