Zaqatala rayonunda baş verən sel daşqınları bir nəfərin ölümünə səbəb olub. Bu barədə APA sentyabrın 25-də məlumat yayıb.
Belə ki, rayonun Qəbizdərə kənd sakini çayı keçməklə Katex kəndinə getmək istəyərkən sel sularında boğularaq ölüb.
Sentyabrın 23-də Balakən və Zaqatala rayonlarında intensiv yağan yağışlara görə Balakən, Katex, Tala və digər çaylar daşıb. Hadisənin fəsadlarını aradan qaldırmaq üçün ərazilərə FHN-in müvafiq qüvvələri, o cümlədən helikopter cəlb edilib.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.