Zaqatalada yararsız körpü qəzalara səbəb olur

Zaqatalada yararsız körpü qəzalara səbəb olur

Zaqatala sakinləri şəhərin ərazisindən axan Tala çayı üzərində yerləşən körpünün yararsız hala düşməsindən şikayətçidirlər. Bu barədə Oxu.az 24 yanvar tarixində xəbər verib.

Sakinlər bildiriblər ki, körpüdə baş verən qəzalara səbəb orada nasazlığın olmasıdır:

“Belə ki, təzə istifadəyə verilən körpüdə artıq çala əmələ gəlib. Nabələd sürücülər həmin çalaya düşməmək üçün qəfil əyləci basırlar və nəticədə arxadan gələn maşınlar toqquşmaya məruz qalır. Son günlər, həmçinin bu gün körpüdə baş verən qəza bu versiyanı təsdiqləyir. Ümid edirik ki, yol istismar idarəsi sakinlərin haqlı iradını nəzərə alacaq və bu problem aradan qaldırılacaq”.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sorğuya cavab olaraq, sözügedən körpüdə problemin olmasını təsdiqləyib:

“Həqiqətən, Tala çayı üzərində yerləşən körpüdə belə bir problem var. Artıq məsələnin həlli üçün aidiyyəti şöbəyə tapşırıq verildi və qısa müddət ərzində orada tədbirlər görüləcək”.

Tala çayı üzərində yerləşən körpü sonuncu dəfə 2017-ci ildə əsaslı şəkildə təmir olunub.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx