Zaqatalanın Yuxarı Tala kəndindəki yanğınların söndürülməsinə 3 ədəd helikopter cəlb edilib. Bu barədə sentyabrın 2-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Eyni zamanda yanğınlar Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Başdaşağıl kəndi istiqamətində başlayıb.
Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər iştirak edirlər.