2021-ci ildə Zaqatalada ümumi dəyəri 104 milyon manatdan çox olan 11,1 min ton fındıq ləpəsi istehsal olunub. Bu barədə fevralın 23-də Azərtac məlumat verib.
Bu göstərici 2020-ci illə müqayisədə 3,7 min ton çoxdur.
Ümumiyyətlə, ötən il rayonda 170 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Həmin dövrdə 33 sənaye müəssisəsi və 48 fiziki şəxs fəaliyyət göstərib.