TÖVSİYƏ XƏBƏRLƏR

Zərdab sakinlərində odlu silah aşkarlanıb

Zərdab sakinlərindən odlu silah götürülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 8 iyun tarixində xəbər verir.

Rayonun Şahhüseynli kənd sakinləri Ş.Osmanov və K.Heydərovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Rayonun Bıçaqçı kənd sakini P.Bəkirov və Gəlmə kənd sakini N.İsgəndərov isə ov tüfənglərini könüllü olaraq, polis əməkdaşlarına təhvil veriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx