TÖVSİYƏ XƏBƏRLƏR

Zərdaba Bakıdan qonaq gedən yeniyetmə Kür çayında batıb

Bakıdan Zərdaba nənəsigilə qonaq gedən yeniyetmə qız Kür çayında batıb. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində Report-a istinadən xəbər verir.

Hadisə Kür çayının Zardab rayonunun Təzəkənd kəndindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 14 yaşlı Əsma Müzəffərli çayın kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıqdan suya düşərək boğulub.

Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.

Fakt araşdırılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx