Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb. Bu barədə 21 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Ötən gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx