TÖVSİYƏ XƏBƏRLƏR

Zemfira Meftahətdinova təqaüdə göndərilib

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi polis polkovniki Zemfira Meftahətdinova təqaüdə göndərilib. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 30 may tarixində məlumat verir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmanın son yaş həddi ilə bağlı Z.Meftahətdinovanı qəbul edib.

Yolasalma mərasimində general-polkovnik V.Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini, insani keyfiyyətlərini xüsusi vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib.

Sonda nazir V.Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduğu DİN-in “Fəxri fərman”ını Z.Meftahətdinovaya təqdim edib.

Bundan sonra o, fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx