Yağışlı hava ilə əlaqədar olaraq, Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saata endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Bu barədə İnsanoid Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.
Zığ şosesində bəzi zolaqlar üzrə sürət həddi endirilib 11:48
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Zığ dairəsi – Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə İnsanoid Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 21 noyabr tarixində xəbər verir.
Məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.