Keti Zahariyanın debüt çıxışı Tramp administrasiyasının yüksək vəzifəli əməkdaşlarının narazılığına səbəb olub və onları məyus edib. Çıxışı zamanı dili dolaşan mətbuat katibi Trampı öz həyat yoldaşı ilə səhv salıb.
CNN telekanalının məlumatına görə, tənqid dalğasına əməkdaşın mətbuatla ünsiyyət formatı səbəb olub. Mətbuat katibinin brifinqi 15 dəqiqədən çox çəkməyib, jurnalistlərin suallarının cavablandırılmasına isə o, cəmi 5,5 dəqiqə vaxt ayırıb.
Müqayisə üçün qeyd edək ki, onun sələfi Kerolayn Levittin brifinqləri orta hesabla 45 dəqiqə davam edirdi.
Keti Zahariyaya artıq öz vaxtında kommunikasiyalar üzrə direktor postunda cəmi 11 gün qala bilən Antoni Skaramuççinin taleyini yaşayacağı proqnozlaşdırılır.
Bununla belə, Tramp ilk mətbuat brifinqini yüksək qiymətləndirib: "Hesab edirəm ki, o, çox yaxşı çıxış etdi".
Zahariya Trampın birinci və ikinci prezidentlik müddətlərində administrasiyada mətbuat katibi postunu tutan üçüncü sarışın qadın olub.