Aİ Ukrayna və daha üç ölkənin ittifaqa daxil olması planını hazırlayır.
"Politico" nəşri yazır ki, avropalı rəsmilərin fikrincə, Ukrayna ilə yanaşı bu məqsədə ən yaxın olan ölkələr Çernoqoriya, Moldava və Albaniyadır.
Mənbələr nəşrə bildiriblər ki, yol xəritələrində Avropa İttifaqının namizədlərdən konkret nə gözlədiyi ətraflı şəkildə qeyd olunacaq, həmçinin danışıqların yekunlaşması üçün dəqiq müddətlər müəyyən ediləcək.
Bir sıra öhdəliklər prosedur qərarlarının vaxtında təsdiqlənməsini təmin etməli olan Aİ-nin mövcud üzvlərinin də üzərinə qoyulacaq.