top
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir
09 iyul 2026, 10:19
- ↺ +

AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Uzum Bank" ilə birlikdə Özbəkistandan olan sərnişinlər üçün onlayn ödəniş imkanlarını genişləndirib.

Bu barədə İnsanoid.com-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, artıq aviaşirkətin rəsmi internet səhifəsində aviabiletləri "Uzum Bank"ın təhlükəsiz ödəniş infrastrukturu vasitəsilə "HUMO" və "Uzcard" milli ödəniş kartları ilə əldə etmək mümkündür.

Yeni həll Azərbaycan və Özbəkistan arasında, eləcə də aviaşirkətin marşrut şəbəkəsinə daxil olan digər istiqamətlər üzrə səyahət edən sərnişinlər üçün aviaşirkətin rəqəmsal xidmətlərinin rahatlığı və əlçatanlığının inkişafına yönəlib.

Özbəkistan Azərbaycan Hava Yolları üçün Mərkəzi Asiyanın ən dinamik inkişaf edən bazarlarından biri olaraq qalır. Hazırda aviaşirkət Bakı ilə Daşkənd arasında həftədə 7 reys, Bakı ilə Səmərqənd arasında isə ötən ilin aprel ayından etibarən həftədə 2 reys həyata keçirir.Bu da iki ölkə arasında sərnişin axınının davamlı artımına töhfə verir. Son altı ay ərzində Bakı – Daşkənd – Bakı və Bakı – Səmərqənd – Bakı marşrutları üzrə sərnişinlərin sayı müvafiq olaraq 58 % və 174 % artıb ki, bu da Azərbaycan və Özbəkistan arasında işgüzar, turizm və mədəni səfərlərə marağın yüksəldiyini göstərir.

"Biz marşrut seçimindən bilet alışınadək səyahətin hər mərhələsini sərnişinlərimiz üçün mümkün qədər rahat etməyə çalışırıq. Özbəkistandan olan sərnişinlər üçün ödəniş imkanlarının genişləndirilməsi rəqəmsal xidmətlərimizin inkişafı və müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımdır. Müasir maliyyə texnologiyalarının inteqrasiyası əməliyyatların yüksək təhlükəsizliyini təmin etməklə yanaşı, bronlaşdırma prosesini istifadəçilər üçün daha rahat edir", - AZAL-ın kommersiya üzrə baş direktoru (CCO) Cəmil Mənizadə bildirib.

"İki ölkənin sakinləri arasında qarşılıqlı marağın davamlı artdığını müşahidə edirik. Hazırda Bakı ilə Daşkənd arasında Azərbaycan Hava Yolları tərəfindən həftədə 7-yə qədər müntəzəm reys həyata keçirilir, hər iki ölkədə beynəlxalq sərnişin axını isə hər il artmaqda davam edir. "Fintech" platforması olaraq bizim vəzifəmiz bu artan mobilliyi rahat rəqəmsal və maliyyə alətləri ilə dəstəkləməkdir", - "Uzum FinTech"in baş icraçı direktoru Roman Lavrentyev qeyd edib.

Azərbaycanın milli aviadaşıyıcısı sərnişinlərə səyahətlərin planlaşdırılması və aviabiletlərin alınması üçün müasir, təhlükəsiz və rahat həllər təqdim etməklə rəqəmsal xidmətlərini ardıcıl şəkildə inkişaf etdirməyə davam edir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:20

Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

Bütün Xəbərlər
Bu gün, 09:38

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

Bütün Xəbərlər
Bu gün, 09:21

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Bu gün, 09:16

Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:04

Prezident İlham Əliyev: "Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik"

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Oxşar xəbərlər