İsveç klubu Musa Qurbanlı haqda açıqlama verib. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Report-a istinadən xəbər verir.
“Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının taleyi ilə bağlı danışıb. O, futbolçunun 2024-cü ildə İsveçdə qalacağını deyib.
"O, ötənmövsümkü çıxışından məyusdur. Həmçinin daha çox çalışmaq istədiyini göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır".
Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib: "Cəmi altı aydır ki, bizimlədir. Onunla uzunmüddətli müqavilə imzalamışıq. Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt lazımdır".
Musa Qurbanlının klubla müqaviləsi 2026-cı ilədək qüvvədədir.