Azərbaycanda siqaretin qiyməti bahalaşıb. Bu haqda bu gün, 3 yanvar tarixində İnsanoid Qafqazinfo-ya istinadən xəbər verir.
Yayılan məlumata görə, tütün məmulatlarının qiymətində 10% artım var. Belə ki, 1 siqaret qutusunun qiyməti markasından asılı olaraq, 20-50 qəpik arası artıb.
Daha öncə 1 yanvar tarixindən Vergi Məcəlləsində tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələrinin artırılması barədə qərar qəbul edilmişdir.