top
Azərbaycanda büdcədənkənar vəsaitlərin bir hissəsi büdcəyə köçürüləcək
Bu gün, 11:23
- +

Azərbaycanda büdcədənkənar vəsaitlərin bir hissəsi büdcəyə köçürüləcək

Prezident İlham Əliyev "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, müəyyən edilib ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

- vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;

- mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

 

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Maliyyə Nazirliyi aşağıdakılar barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:

- Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması;

- normativ hüquqi aktların təkmilləşdirilməsi;

- dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydası;

- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin və Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi.

Maliyyə Nazirliyi həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, habelə bu Fərmanın təsir dairəsinə düşən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşlarında artımlar olduqda təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı müddəa 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək. Dövlət büdcəsindən maliyyələşən təşkilatların (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürülməsinə dair tələb isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:33

Azərbaycanlı dənizçilərin olduğu gəmiyə zərbə endirildi - Ölənlər var

Bütün Xəbərlər
Bu gün, 12:06

Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 10:07

Sentyabrın 10-u Ümumdünya İntiharların Qarşısının Alınması Günüdür

Bütün Xəbərlər
Bu gün, 09:56

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Bütün Xəbərlər
Bu gün, 09:33

Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb

Bütün Xəbərlər
Bu gün, 09:27

Ağdaş, Tərtər və Yevlaxın, habelə Bakının Yasamal rayonunun bir hissəsində işıq olmayacaq

Yerli xəbərlər
Dünən, 19:03

10 ilin acı statistikası: istirahət məkanlarında 21 ölüm - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 15:05

Prezident İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Dünən, 13:50

Göz rəngini dəyişdirənlər şəxsiyyət vəsiqəsini yeniləməlidir? – HÜQUQİ İZAH

Bütün Xəbərlər
Dünən, 12:36

Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq

Bütün Xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Tacikistan Prezidentinə təbrik məktubu göndərib

Bütün Xəbərlər
Dünən, 12:11

Ceyhun Bayramov: "Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür"

Bütün Xəbərlər
Dünən, 11:05

Abdullah Zubir klubsuz qaldı

Bütün Xəbərlər
Dünən, 09:50

Xalq artisti Aleksandr Şarovski vəfat edib, Mehriban Əliyeva başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 09:47

Xalq artisti Aleksandr Şarovski vəfat edib

Bütün Xəbərlər
Dünən, 09:28

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq

Bütün Xəbərlər
Dünən, 09:17

Bakının Yasamal rayonu, Mingəçevir və Yevlaxın isə bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
08 sentyabr 2026, 16:10

AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:57

Tanınmış modelyer Leyla Əhmədova həbs olunub

Bütün Xəbərlər
08 sentyabr 2026, 15:27

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:18

"Qarabağ" Koxalskinin gedişini rəsmən açıqladı

Bütün Xəbərlər
08 sentyabr 2026, 14:14

Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI

Bütün Xəbərlər
08 sentyabr 2026, 13:00

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Oxşar xəbərlər