top
15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar visa prosedurları sadələşdirilir - SƏRƏNCAM
Bu gün, 16:39
- +

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar visa prosedurları sadələşdirilir - SƏRƏNCAM

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar ölkəmizə gələn, bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2026-cı il sentyabrın 22-dən noyabrın 5-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala bilərlər.

Viza verilməsi üçün əsas hesab edilən sənədlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyadan keçməni təsdiq edən sənəddir.

Xarici İşlər Nazirliyi bununla əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir. Nazirlik, həmçinin FIFA U-15 World Cup and Festival ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Dövlət Miqrasiya Xidməti Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Azərbaycanda keçiriləcək 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalı (FIFA U-15 World Cup and Festival) ilə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Mənbə: AZƏRTAC

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:17

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Bütün Xəbərlər
Bu gün, 16:15

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

Bütün Xəbərlər
Bu gün, 15:45

Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək

Bütün Xəbərlər
Bu gün, 12:27

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:23

Səyyad Aran: Deputatların səlahiyyəti artırılmalıdır

Bütün Xəbərlər
Bu gün, 12:04

Xudavəng və Gəncəsər monastırları Albaniya tarixinin mühüm yadigarlarıdır

Bütün Xəbərlər
Bu gün, 11:05

Deputat: Yollarda tıxac məsələsini həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidir

Bütün Xəbərlər
Bu gün, 09:40

Nüvə yarışı-dünya hara gedir? - STATİSTİKA

Bütün Xəbərlər
Bu gün, 09:39

Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 09:35

Ağdaşda yeniyetmə səhvən qonşusunu güllələdi

Bütün Xəbərlər
Bu gün, 09:30

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

Bütün Xəbərlər
Dünən, 10:00

1500 illik məzardan qızılla örtülmüş ayaqqabılar tapıldı - FOTO

Bütün Xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün Xəbərlər
19 sentyabr 2026, 18:19

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün Xəbərlər
19 sentyabr 2026, 15:47

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

Bütün Xəbərlər
19 sentyabr 2026, 14:58

26 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir: İkisinin fəaliyyəti dayandırılır

Bütün Xəbərlər
19 sentyabr 2026, 14:56

Bazar günü arabir yağış yağacaq

Bütün Xəbərlər
19 sentyabr 2026, 11:24

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün Xəbərlər
19 sentyabr 2026, 00:01

Bu gün Antiterror tədbirlərinin başlanmasından 3 il ötür

Bütün Xəbərlər
18 sentyabr 2026, 22:33

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bütün Xəbərlər
18 sentyabr 2026, 20:20

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Bütün Xəbərlər
18 sentyabr 2026, 19:37

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Bütün Xəbərlər
18 sentyabr 2026, 19:20

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Oxşar xəbərlər