Yaxın Şərq səmasında fövqəladə vəziyyət (squawk 7700) siqnalı verən "Dubay – Təl-Əviv" reysinə aid olduğu iddia edilən ilk görüntülər yayılıb.
İsrailin "Ynet" nəşrinin məlumatına görə, hazırda pilotlardan birinin təyyarəni kəskin şəkildə aşağı yönəltdiyi, digərinin isə ona mane olmağa çalışdığı və davanın məhz bundan sonra başladığı versiyası yoxlanılır.
Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinə məxsus təyyarədə baş verən insident barədə məlum olan əsas təfərrüatlar:
▪️ BƏƏ-nin "Flydubai" aviaşirkətinə məxsus Dubay–Təl-Əviv reysini yerinə yetirən sərnişin təyyarəsi ələ keçirilmə siqnalı verib (İsrailin "12-ci kanal"ı);
▪️ Pilotlar əvvəlcə göyərtədə fövqəladə vəziyyəti bildirən "7700" kodunu, daha sonra isə hava gəmisinin ələ keçirildiyini xəbər verən "7500" kodunu ötürüblər. Bundan sonra əlaqə kəsilib;
▪️ Laynerdə təxminən 180 sərnişin olub. Təyyarənin İsrailə enişinə icazə verilməyib, hava gəmisi İordaniya səmasından geriyə dönərək Səudiyyə Ərəbistanına yönəldilib;
▪️ Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərindəki aeroporta eniş edib;
▪️ Bütün sərnişinlər təhlükəsizlikdədir;
▪️ Təyyarə pilotlar arasında baş verən dava səbəbindən həyəcan siqnalı verib. Təyyarəni Rusiya və Ukraynadan olan pilotlar idarə edirmiş. Bu versiyaya görə, ukraynalı ikinci pilot olub ("12-ci kanal");
▪️ İsrailin Baş naziri Benyamin Netanyahu təcili operativ müşavirə çağırıb ("12-ci kanal");
▪️ "Flydubai" insidentdən sonra səlahiyyətli orqanlarla əməkdaşlıq edir;
▪️İsrail televiziya kanalı 14-ün məlumatına görə, Flydubai reysində baş verən hadisəyə pilotlardan birinin təyyarə qəzasına səbəb olmaq cəhdi səbəb ola bilər;
▪️İlkin araşdırmanın nəticələrinə görə, pilot qəfildən təyyarəni dik bir şəkildə aşağı salıb. O, intihar etməyə cəhd etmiş ola bilər. Kokpitdə olan ikinci pilotu müdaxilə edib və ona qarşı fiziki müqavimət göstərib;
▪️Səudiyyə Ərəbistanı aeroportuna təcili eniş edən "Flydubai" təyyarəsinin pilotları ilkin məlumatlarda qeyd edildiyi kimi Rusiya və Ukrayna deyil, Oman və BƏƏ vətəndaşları olub;
▪️Yeni məlumata görə, Səudiyyə Ərəbistanı səmasında kapitana bıçaqla hücum edən ikinci pilot Oman vətəndaşı idi.