top
El içində biabır olarıq deyərək yenidoğulan nəvəsini öldürən nənə: Çox peşmanam - TƏFƏRRÜAT
Bu gün, 16:24
- +

"El içində biabır olarıq" deyərək yenidoğulan nəvəsini öldürən nənə: "Çox peşmanam" - TƏFƏRRÜAT

Naxçıvanda nənənin nikahdankənar doğulan nəvəsini öldürməyinin detalları məlum olub. 

Könül Salayeva uşağı "el içində biabır olarıq" düşüncəsi ilə qətlə yetirib. 52 yaşlı körpə qatilinin əməli məhkəmədə sübuta yetirilib. 

İstintaq materiallarında yazılıb ki, qadının öldürdüyü körpəni onun qızı dünyaya gətirib. Rüsvay olacağını düşünən nənə isə ağlasığmaz cinayətə əl atıb. O, uşaq doğum evindən çıxarıldıqdan sonra elə avtomobildəcə onu boğub. Nənə körpənin səsinin eşidilməməsi üçün sürücüdən maqnitofonun səsini artırmasını istəyib. Daha sonra körpəni üzüüstə çevirərək ağız və burun nahiyəsini sıxıb. 10-15 dəqiqə sonra uşaq mexaniki asfiksiya nəticəsində ölüb. Nənə amansız planının davamı olaraq kəndə çatandan sonra körpənin meyitini həyətdəki tualet quyusuna atıb.

Bu cinayətin üstü 26 gün sonra açılıb. Polis və prokurorluq əməkdaşları tərəfindən Könül Salayeva cinayət məsuliyyətinə cəlb edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Saleyava məhkəmədə ona elan olunan ittihamla özünü təqsirli bilib, lakin günahsız körpəni öldürdüyü üçün çox peşman olduğunu dilə gətirib. Nənənin sözlərinə görə, qızı 6 il əvvəl ailəli olub boşanıb, həmin vaxtdan birlikdə yaşayırlar: "Qışda qızımın qarnında sancılar başladı. Həkim müayinədən sonra onun hamilə olduğunu dedi. Qızımdan bu barədə soruşanda "bir səhvdir, etmişəm" dedi. Uşağın atasının kim olduğunu isə demədi. Nə edəcəyimi bilmirdim. Öldürməkdən başqa çarəm yox idi. Qərara gəldim ki, uşağı elə xəstəxanadan çıxan kimi öldürüm. Sonra meyiti nə edəcəyimi bilmirdim. Evdə heç kim olmayanda həyətdəki tualet quyusuna atdım. 

Hadisənin necə aşkara çıxdığını da bilmirəm. Qızıma zəng vurub polisə çağırdılar. Sonra da həyətə maşın gəldi. Bizi polis idarəsinə apardılar. Çox peşmanam, günahsız körpəni öldürmək istəməzdim".

Öldürülən körpənin anası da məhkəmədə ifadə verib, övladına görə anasında şikayətçi olmayıb: "Körpənin atası ilə instaqramda tanış olmuşdum. Aramızda sevgi münasibəti yarandı, bir neçə dəfə görüşdük. Lakin yola getmədiyimizə görə ayrıldıq. Hamilə olduğumu bilməmişəm. Özümdə fizioloji dəyişiklik, ürəkbulanma hiss etməmişəm. Qarnımdakı şişin mədəaltı problemlə bağlı ola biləcəyini düşünürdüm. Ağrılar başlayanda xəstəxanaya apardılar. Həkim əvvəlcə bağırsaq keçməzliyindən şübhələndi. Amma UZİ-yə salanda hamilə olduğumu dedilər. Həkim uşağın qüsurlu göründüyünü dedi. Anam hamilə olduğumu biləndə şoka düşdü. "Uşağı öldürəcəyəm" dedi, amma ciddiyə almadım. Olan olub, amma körpəmin ölməsini istəməzdim, xəbərim olsaydı, mane olardım". 

Naxçıvan Ağır Cinayətlər Məhkəməsi yekunda Könül Salayevanı köməksiz vəziyyətdə olan şəxsi amansızlıqla öldürməkdə təqsirli bilib. Ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il həbs cəzası verilib.

Mənbə: Qafqazinfo.az

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:11

Bank kartları ilə bağlı qadağa

Bütün Xəbərlər
Bu gün, 16:46

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün Xəbərlər
Bu gün, 16:40

Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Bu gün, 15:11

Bağlanan institutun tələbələri hara köçürüləcək?

Bütün Xəbərlər
Bu gün, 14:56

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bütün Xəbərlər
Bu gün, 13:06

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 12:49

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:17

Kişi arvadının qohumunu ailə münasibətlərinə müdaxilə etdiyinə görə fincanla vurdu

Bütün Xəbərlər
Bu gün, 11:31

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün Xəbərlər
Bu gün, 09:06

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Dünən, 16:41

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib

Bütün Xəbərlər
Dünən, 14:45

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan şəxsin son vəziyyəti açıqlanıb

Bütün Xəbərlər
Dünən, 12:32

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:31

Martin Ryan əfv edilib

Bütün Xəbərlər
Dünən, 11:27

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb

Bütün Xəbərlər
Dünən, 11:18

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Bütün Xəbərlər
Dünən, 11:01

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib

Bütün Xəbərlər
Dünən, 10:29

Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb

Bütün Xəbərlər
Dünən, 10:21

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 10:08

Evdə hazırlanan və bazara çıxarılan qidalara sertifikat tələbi olacaq? – AQTA-dan CAVAB

Bütün Xəbərlər
Dünən, 09:59

DYP: Yolda təhlükəsizliyin təmini tək sürücülər deyil, piyadalardan da məsuliyyət tələb edir

Bütün Xəbərlər
Dünən, 09:57

Ciqan bağ evində işçilərinə atəş açıb: Repçi xidmətçiləri və mühafizəçiləri girov saxlayıb

Bütün Xəbərlər
22 sentyabr 2026, 16:49

"Avtovağzal" və "Xocəsən" metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq yaradılıb

Oxşar xəbərlər