top
Ermənistanlı güləşçilər Bakıdakı dünya çempionatına gəlməkdən imtina ediblər
14 iyul 2026, 17:34
- ↺ +

Ermənistanlı güləşçilər Bakıdakı dünya çempionatına gəlməkdən imtina ediblər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan idmançıları iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək U-17 dünya güləş çempionatında iştirak etməyəcəklər.

İdman.Biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı dünya çempionatında iştirak etmək imkanı bütün ölkələr üçün yaradılmışdı:

"Turnir üçün qeydiyyat hamının üzünə açıq idi, bütün potensial iştirakçılar üçün bərabər şərait yaradılmışdı. Azərbaycan Güləş Federasiyası tərəfindən ən yüksək təhlükəsizlik təminatları verilmişdi. Lakin Ermənistan millisi dünən başa çatan qeydiyyatdan keçməyib. Bu isə o deməkdir ki, komanda dünya çempionatında iştirak etməyəcək".

Sərxan Musalı erməniəsilli ABŞ-li güləşçi Qalust Qreqori Torosyanın da Bakıda keçiriləcək yarışda iştirakdan imtina etməsinə münasibət bildirib:

"Bunun üçün qətiyyən heç bir əsas yoxdur. Belə təəssürat yaranır ki, o, bunu özünü reklam etmək məqsədilə edib, təhlükəsizlik məsələsini bəhanə gətirərək nümayişkaranə şəkildə bu addımı atıb. Halbuki Azərbaycan Güləş Federasiyası hər zaman bütün zəruri təhlükəsizlik təminatlarını təqdim edir. Bu günədək Bakıda erməni idmançıların iştirakı ilə keçirilən heç bir yarışda təxribat və ya hər hansı mənfi insident baş verməyib. Ona görə də biz bunu ucuz populist şou kimi qiymətləndiririk. Amma bu, onun şəxsi qərarıdır".

Bununla yanaşı, Musallı qeyd edib ki, digər yığmaların, o cümlədən Rusiya millisinin heyətində erməniəsilli idmançılar var və onlar Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, müxtəlif ölkələrin nümayəndə heyətləri iyulun 20-dən etibarən mərhələli şəkildə Bakıya gəlməyə başlayacaqlar. Yarış iştirakçılarının əsas hissəsinin isə iyulun 25-də paytaxta çatacağı gözlənilir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:19

Ölümündən əvvəl özünə başdaşı sifariş edibmiş...

Cəmiyyət
Bu gün, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
Bu gün, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
Bu gün, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
Bu gün, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
Bu gün, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
Bu gün, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
Bu gün, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
Bu gün, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
Bu gün, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
Bu gün, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
Bu gün, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
Bu gün, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
Dünən, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
Dünən, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
Dünən, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
Dünən, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
Dünən, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Cəmiyyət
Dünən, 12:58

Keşikçidağla bağlı Azərbaycana qarşı yalan iddialar yayan jurnalist saxlanıldı

Cəmiyyət
Dünən, 12:35

Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana ekstradisiya ediləcək

Cəmiyyət
Dünən, 12:34

Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq

Cəmiyyət
Dünən, 12:30

Azərbaycanda qazla işləyən kombilər LƏĞV EDİLİR - Elektrikə KEÇİD

Cəmiyyət
Dünən, 12:26

Saytlar hakerlərin hədəfinə çevrilə bilər – Azərbaycanda ciddi xəbərdarlıq

Oxşar xəbərlər