top
Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib
Bu gün, 15:48
- +

Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib

Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyini üçün təqdim edilməli olan sənədlər müəyyənləşib.

Nazirlər Kabineti bununla bağlı "Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası"nda dəyişiklik edib.

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

- minatəmizləyənin minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmasını və ya bu zaman aldığı xəsarətdən həyatını itirməsini təsdiq edən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən arayış;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin ölüm haqqında şəhadətnaməsinin surəti;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin təqaüd almaq hüququ olan ailə üzvləri olmasını təsdiq edən sənədlərin (övladlarına və uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına münasibətdə həmin şəxslərin doğum haqqında şəhadətnamələrinin, valideynlərinə münasibətdə özünün doğum haqqında şəhadətnaməsinin, baba və nənələrinə münasibətdə özünün və birinci növbədən digər qohumlarının doğum haqqında və ölüm haqqında şəhadətnamələrinin, habelə vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnaməsinin) surəti;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin dul arvadı (əri) ilə nikahı haqqında şəhadətnamə;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 23 yaşınadək övladının (övladlarının) peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisəsində təhsil alması barədə müvafiq təhsil müəssisəsinin arayışı;

- minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olmuş və ya bu zaman aldığı xəsarətdən həyatını itirmiş minatəmizləyənin 18 yaşına çatmamış (təhsil alanlar təhsilini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan uşaq evlərində tərbiyə olunan qardaş və bacıları olduqda bu barədə həmin müəssisənin arayışı.

Qeyd edək ki, sosial ödənişlərin proaktiv təyinatının aparılması mümkün olmadığı hallarda sosial ödənişlərin təyinatı onları almaq hüququ olan şəxslərin (18 yaşınadək uşaqlara, habelə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə münasibətdə onların valideynlərindən birinin və ya digər qanuni nümayəndələrinin (övladlığa götürənin, qəyyumun (və ya himayəçinin)) həmin hüququn yarandığı tarixdən sonra yaşayış yeri üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin "DOST" mərkəzlərinə yazılı, o cümlədən elektron müraciəti, habelə şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə qeyd edilən formada yazılı müraciəti əsasında Fond tərəfindən aparılır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:10

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bütün Xəbərlər
Bu gün, 13:32

"Moon Kids" bağçasının direktoruna HÖKM OXUNDU

Bütün Xəbərlər
Bu gün, 13:14

Cavid Qurbanovun əmisi oğluna HÖKM OXUNDU

Bütün Xəbərlər
Bu gün, 12:41

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:24

Prezident İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Bu gün, 11:37

Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Bütün Xəbərlər
Bu gün, 10:35

Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib

Bütün Xəbərlər
Bu gün, 09:42

UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür

Bütün Xəbərlər
Bu gün, 09:15

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib - FOTO

Bütün Xəbərlər
Dünən, 17:47

İlham Əliyev: Ermənistanla Azərbaycan arasında sülh prosesi əminəm ki, uzunmüddətli olacaq

Bütün Xəbərlər
Dünən, 16:11

Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
Dünən, 15:45

Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
Dünən, 11:25

Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
Dünən, 11:23

Qarabağa həyatın qayıtması ilə yanaşı artıq birincilər də məktəbə gedir

Bütün Xəbərlər
Dünən, 09:00

Azərbaycanda Bilik Günüdür

Bütün Xəbərlər
14 sentyabr 2026, 17:10

Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi

Bütün Xəbərlər
14 sentyabr 2026, 17:03

Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub

Bütün Xəbərlər
14 sentyabr 2026, 14:12

Xırdalan–Bakı qatarlarının səfər müddəti qısaldılır və reyslərin sayı artırılır

Bütün Xəbərlər
14 sentyabr 2026, 12:35

Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün Xəbərlər
14 sentyabr 2026, 11:54

TDT Müsəlman dini liderləri Prezident İlham Əliyevə müraciət ediblər

Bütün Xəbərlər
14 sentyabr 2026, 10:52

Prezident İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib

Bütün Xəbərlər
14 sentyabr 2026, 10:41

Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

Bütün Xəbərlər
11 sentyabr 2026, 17:54

Azərbycanın bank sektorunda böyük birləşmə: "Access Bank" alınır

Oxşar xəbərlər