Ağdamda narkotik plantasiyaları aşkarlanıb. Bu barədə 6 oktyabr tarixində Report.az məlumat verib.
Narkotik lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən Sırxəvənd kəndində tapılıb. Ərazidə, həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat aşkar olunub. Terrorçular silahlardan ərazinin mühafizəsi üçün istifadə ediblər.
Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyevin sözlərinə görə, ərazi xüsusi nəzarətlə mühafizə olunur.