İsrail ərazisində yüzlərlə HƏMAS silahlılarının meyitləri aşkarlanıb. Bu haqda bu gün, 10 oktyabr tarixində İnsanoid İsrail Müdafiə Ordusuna istinadən xəbər verir.
Verilən məlumata əsasən, İsrail ərazisində 1500 silahlının meyiti müəyyənləşib. HƏMAS qruplaşmasının 500-dən çox silahlısı əsir götürülüb.
İlkin dəyərləndirməyə əsasən, yəhudi dövlətinə hücumda 5000-dən çox HƏMAS silahlısı iştirak edib.