İtaliyanın müdafiə naziri Qvido Krozetto Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib.
Bu barədə "Reuters" agentliyi "La Repubblica" qəzetinə istinadən məlumat yayıb.
"Onun istefasının ertəsi günü mən ona zəng etdim və soruşdum: "Nə vaxt Romaya gəlib mənimlə müşavir kimi işləmək istəyirsən?", - Q.Krozetto İtaliya qəzetinə müsahibəsində bildirib.
M.Fyodorovun reaksiyası haqqında suala cavab verərkən Q.Krozetto bildirib ki, sabiq nazir "mütəəssir olub" və təklifi "hörmət və dostluq əlaməti" kimi qəbul edib.
Q.Krozetto Ukraynanın sabiq müdafiə nazirinin hərbi innovasiyaların inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib və onu "döyüş meydanında oyunun qaydalarını tamamilə dəyişənlərdən biri" adlandırıb.