top
Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub - Vado Korovin
25 iyul 2026, 15:53
- ↺ +

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün "Space" televiziyasının bank hesablarına qoyulan həbs məsələsi ilə bağlı telekanalın yaydığı rəsmi açıqlamada yaranmış problemlərin əvvəlki rəhbərlik dövrünə aid olduğu bildirilib və sabiq baş direktor Vado Korovinə qarşı bir sıra iddialar səsləndirilib.

Məsələ ilə bağlı "Space TV"nin sabiq rəhbəri Vado Korovin açıqlama verib.

O bildirib ki, hazırkı rəhbərliyin ittihamları məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Onun sözlərinə görə, telekanalı qəbul edərkən kredit öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlər artıq mövcud idi və sözügedən kredit də onların təyinatından iki il əvvəl rəsmiləşdirilmişdi:

"Biz televiziya kanalını artıq ciddi maliyyə öhdəlikləri, yığılmış borclar, texniki və təşkilati problemlərlə təhvil almışdıq. Məhz belə şəraitdə idarəetmənin keyfiyyəti üzə çıxır. Rəhbər ona miras qalan problemlərə görə deyil, əldə etdiyi nəticələrə görə qiymətləndirilməlidir.

Maliyyə çətinlikləri təkcə bir televiziya kanalının problemi və ya hansısa rəhbərliyin qərarlarının nəticəsi deyil. Bu gün demək olar ki, bütün televiziya bazarının üzləşdiyi sistemli bir çağırışdır. Son illərdə beynəlxalq və iri milli reklamçılar reklam büdcələrinin böyük hissəsini rəqəmsal platformalara yönəldiblər. İnvestisiyaların əhəmiyyətli hissəsi internetə, sosial şəbəkələrə və digər rəqəmsal kanallara keçib. Nəticədə televiziya reklamlarının həcmi ciddi şəkildə azalıb və bu, əksər televiziya kanallarının maliyyə vəziyyətinə obyektiv təsir göstərib. Məhz bu səbəbdən kanal kredit öhdəliklərini ödəməkdə çətinlik çəkirdi".

Sabiq rəhbər qeyd edib ki, rəhbərliyin fəaliyyəti miras qalan problemlərlə deyil, əldə olunan nəticələrlə qiymətləndirilməlidir. O vurğulayıb ki, rəhbərliyi dövründə "Space" TV milli televiziya kanalları arasında yeddinci yerdən ikinci yerə yüksəlib, reytinqlər isə dörd dəfə artıb:

"Artıq ikinci yerdə olan bir televiziya kanalını qəbul etmək başqa məsələdir. Yeddinci yerdə olan kanalı qəbul edib onu ikinci pilləyə yüksəltmək, reytinqlərini dörd dəfə artırmaq isə tamamilə fərqli idarəetmə vəzifəsidir. İstənilən rəhbərin fəaliyyəti də məhz bu meyarla qiymətləndirilməlidir.

Çətin maliyyə vəziyyətinə baxmayaraq, əməkdaşların maaşları vaxtında ödənilirdi. Kanal öhdəliklərini yerinə yetirməyə, inkişaf etməyə və keyfiyyətli televiziya məhsulu hazırlamağa davam edirdi.

Fəaliyyətimi başa çatdırmazdan əvvəl böyük həcmli kommersiya müqaviləsi imzalanmışdı. Həmin müqavilə kanala sabit fəaliyyət göstərmək imkanı yaratdı və bu gün də yaratmağa davam edir. Hətta hazırkı rəhbərliyin bir neçə ay əvvəl bəyan etdiyi maaş ödənişləri də məhz mənim imzaladığım həmin müqavilə hesabına mümkün olub".

V. Korovin həmçinin telekanalın texniki bazasının inkişaf etmədiyi barədə iddiaları təkzib edib:

"Xüsusilə, mənim rəhbərliyim dövründə kanalın texniki bazasının inkişaf etmədiyi ilə bağlı səsləndirilən iddialar təəccüb doğurur. Bu, həqiqəti əks etdirmir. Mənim fəaliyyətim dövründə Space TV-nin texniki bazası genişmiqyaslı şəkildə modernləşdirilib. Xüsusilə aşağıdakı avadanlıqlar və texniki vasitələr alınıb:

8 robotlaşdırılmış televiziya kamerası;

3 yeni studiya kamerası; bütün studiyalar üçün yeni televiziya pultları;

mikrofon bazası tam yenilənib;

yeni kompüterlər və istehsalat avadanlıqları;

televiziya studiyaları modernləşdirilib;

efir və istehsalat avadanlıqları yenilənib;

yeni xidməti avtomobillər alınıb.

Bu isə görülən işlərin tam siyahısı deyil.

Bütün satınalmalar rəsmi qaydada həyata keçirilib. Müqavilələr, hesab-fakturalar, təhvil-təslim aktları və bütün mühasibat sənədləri televiziya kanalının arxivində saxlanılır. Görülmüş işlərlə bağlı bütün məlumatlar Audiovizual Şura tərəfindən tərtib olunmuş aktda da öz əksini tapıb. Buna görə də bu cür iddiaları yoxlamaq olduqca asandır. Bunun üçün sadəcə müvafiq sənədlərə baxmaq kifayətdir".

Vado Korovin əlavə edib ki, hazırkı rəhbərliyin otaqlarda aparılan təmir işlərini əsas nailiyyət kimi təqdim etməsi təəccüb doğurur. O bildirib ki, kosmetik təmir işləri onların rəhbərliyi dövründə həyata keçirilib və əsas investisiyalar kanalın texniki inkişafına yönəldilib.

Sonda Korovin bildirib ki, Ayaz Mustafayevin səsləndirdiyi ittihamlar məsuliyyəti üzərinə götürməmək cəhdidir:

"Ayaz Mustafayevin səsləndirdiyi bütün ittihamlar isə sadəcə üzərinə götürməyə hazır olmadığı məsuliyyəti başqasının üzərinə atmaq cəhdidir. Halbuki o, bu məsuliyyəti daşımalı olduğunu bilə-bilə rəhbər vəzifəsini qəbul edib.

Eyni məntiqlə mən də məsuliyyəti kanalı bu krediti ödəməyə qadir olmadığını bilə-bilə götürən Müşfiq Hətəmovun üzərinə ata bilərəm. O da öz növbəsində məsuliyyəti ondan əvvəlki rəhbərliyin üzərinə yönəldə bilər.

Bu gün söylədiyim hər bir fikir sənədlərlə, maliyyə hesabatları ilə, müqavilələrlə, satınalmalarla, reytinq göstəriciləri və komandamızın əldə etdiyi real nəticələrlə təsdiqlənir".

Mənbə: Manset.az

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 00:01

Bu gün Hadrut qəsəbəsinin azad olunmasından 6 il keçir

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Bütün Xəbərlər
Dünən, 17:08

Pensiya hesablanmasında yenilik

Bütün Xəbərlər
Dünən, 16:53

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Bütün Xəbərlər
Dünən, 16:09

Maykl Ceksonun əfsanəvi geyimləri hərraca çıxarılır

Bütün Xəbərlər
Dünən, 16:04

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq

Bütün Xəbərlər
Dünən, 15:43

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Bütün Xəbərlər
Dünən, 15:29

Dövlət Statistika Komitəsinin sədr müavini dəyişib

Bütün Xəbərlər
Dünən, 15:02

"Qarabağ"ın futbolçusu "Olimpiakos"un düşərgəsində

Bütün Xəbərlər
Dünən, 15:00

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:51

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Bütün Xəbərlər
Dünən, 11:55

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Bütün Xəbərlər
Dünən, 11:16

Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Bütün Xəbərlər
Dünən, 11:08

Prezident İlham Əliyev: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

Bütün Xəbərlər
Dünən, 10:21

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 10:17

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün "Avaza" Kompleksinə gedib

Bütün Xəbərlər
Dünən, 09:37

Külli miqdarda heroin və "metadon" həbləri qanunsuz dövriyyədən çıxarılıb

Bütün Xəbərlər
Dünən, 09:26

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gedib

Bütün Xəbərlər
Dünən, 00:20

6 il öncə Ermənistan Gəncəni üçüncü dəfə raket atəşinə tutdu

Bütün Xəbərlər
07 oktyabr 2026, 15:36

Prezident İlham Əliyev Prezident Vladimir Putinə zəng edib

Bütün Xəbərlər
07 oktyabr 2026, 13:08

Sabah Bakıda hava yağmursuz olacaq

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:32

QMİ sədri: "Süni intellekt insanı ibadətdə əvəz etməməlidir"

Bütün Xəbərlər
07 oktyabr 2026, 11:15

Əli Nağıyev: "İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq"

Bütün Xəbərlər
07 oktyabr 2026, 10:05

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Oxşar xəbərlər